ABŞ prezidenti Bayden Türkiyəli həmkarı Ərdoğanla söhbətində qondarma erməni soyqırımını tanıyacağı ilə bağlı niyyətini bildirib.
Azpost.info bildirir ki, bu barədə Bloomberg-ə iki liderin söhbətinin məzmunu barədə xəbəri olan mənbə bildirib.
Baydenin şənbə günü çıxışında “soyqırım” sözündən istifadə edəcəyi gözlənilir. Bayden son 40 ildə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri tanıyan ilk ABŞ prezidenti olacaq.
