Bayden 2024-də yenidən prezident olmaq istəyir –Ağ Ev təsdiqlədi

Co Bayden 2024-cü ildə ikinci müddətə prezident olmaq üçün namizədliyini irəli sürməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

O, 79 yaşlı Baydenin səhhətindəki problemlərin yenidən seçilməyə mane ola biləcəyi fikri ilə razılaşmadığını deyib: “Sadəcə onun gördüyü işə baxın və nə etdiyini, Amerika ictimaiyyəti üçün necə işlədiyini görün”.

Karin Jan-Pyer “The New York Times”ın Co Baydenin yaşının yenidən seçilməsi üçün ciddi problemə çevrilə biləcəyi ilə bağlı yazısına da münasibət bildirib: “Biz buna əhəmiyyət vermirik. Amerika xalqına necə kömək edə biləcəyimizi, onun həyatını necə yaxşılaşdıracağımızı düşünürük. Bircə onu deyə bilərəm ki, prezident dəfələrlə 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırdığını deyib və gəlin orada dayanaq”.

Azpost.info

Əvvəlki məqalə

BŞİH “Azad qadın” heykəli ilə bağlı açıqlama yaydı –

Sonrakı məqalə

Roma Papası Patriarx Kirillə görüşmək istəyir