ABŞ-ə gələnlərdən yalnız COVID üçün mənfi test nəticəsi deyil, eyni zamanda karantin tələb olunacaq.
“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Cozef Bayden açıqlayıb.
“Bildiyimiz yeni virus ştammları ilə əlaqədar ABŞ-a başqa ölkələrdən gələnlərə qarşı yeni qabaqlayıcı tədbirlər tətbiq edirik. Maska taxmaqla yanaşı, başqa ölkələrdən ABŞ-a uçan hər kəs təyyarə enməzdən öncə və uçuşdan qabaq koronavirus üçün test verməli və Amerikaya gəldikdən sonra karantindən keçməlidir”, – deyə Bayden Ağ Evdə çıxışı zamanı bildirib.