Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bayden ABŞ-da silah təhlükəsizliyi ilə bağlı qanunu imzalayıb

User 25 İyun 2022 - 22:50 (Last updated: 21 May 2025 - 20:15)
bayden

ABŞ Prezidenti Co Bayden şənbə günü hər iki partiyanın dəstəyi ilə qəbul edilən silah təhlükəsizliyi ilə bağlı qanun layihəsini imzalayıb. Bu, Ali Məhkəmənin silah hüquqlarını genişləndirəndən günlər sonra son otuz ilin silahlarla bağlı edilən ən böyük federal islahatdır.

“Bu, monumental bir gündür,” -Bayden Ağ Evdə həyat yoldaşı Cill Bayden yanında ikən bildirib. “Bu, Allahın izni ilə, çox həyat qurtaracaq.”

Ali Məhkəmə cümə axşamı ilk dəfə olaraq ABŞ Konstitusiyasının insanların özünü müdafiə məqsədilə ictimai yerlərdə silah daşımaq hüququnu qoruduğunu bəyan edib. Silahlara nəzarət uzun müddətdir ABŞ-da ixtilaf doğuran bir məsələdir. Belə ki, silah satışlarına yeni nəzarətlər tətbiq etmək cəhdləri dəfələtlə nəticəsiz qalıb.

Yeni qanuna ştatlara silahların özlərinə və ya başqalarına təhlükə yarada biləcək insanların əlinə keçməsinin qarşısını almağa yardım edən müddəa daxildir. Qanun həmçinin evli olmayan imtim partnyorlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən insanlara silah satışının qarşısı alır, ancaq hücum tipli tüfənglər və ya yüksək tutumlu maqazinlərin satışını qadağan etmir.

Qanun ilk dəfə olaraq azyaşlıların törətdikləri mühüm cinayətlər haqqında məlumat əldə etməyə imkan yaradır. Bununla birlikdə qanun həmçinin məişət zorakılığına görə məhkum edilmiş alıcılara silah satışının qarşısını alır.

Qanun silahları özləri və başqaları üçün təhlükəli hesab edilən insanların əlindən almaq üçün nəzərdə tutulan “qırmızı bayraq” qanunlarını həyata keçirlən ştatları yeni federal maliyyə ilə təmin edir.

Bayden deyib ki, o, qanunun imzalanmasını qeyd etmək üçün iyul ayında silah zorakılığına məruz qalan insanlar üçün tədbir keçirəcək.

Prezident həmçinin dəfələrlə olduğu kimi yenidən Ali Məhkəmənin cümə günü ölkə boyu konstitusion abort hüququnu ləğv edən qərarını tənqid edib və deyib ki, onun administrasiyası diqqəti ştatların bu qərarı necə tətbiq etdiyinə yönəldəcək və onların başqa qanunları pozmadıqlarından əmin olacaq.

“Ali Məhkəmə bəzi çox pis qərarlar verib,”- Bayden deyib. “Çill və mən bu qərarın bir çox amerikalı üçün nə qədər ağrılı və viranedici olduğunu bilirik. Biz qadınların hüquqlarını və reproduktiv sağlamlığı qorumaq üçün tədbir görəcəyik,” o söyləyib.

Post navigation

Previous: Prezident Ordu Günü ilə bağlı paylaşım edib
Next: İranla ABŞ arasında nüvə danışıqları yaxın günlərdə bərpa ediləcək

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.