“Co Baydenin rəhbərlik etdiyi Ağ Ev administrasiyası ABŞ-ı üçüncü dünya müharibəsinə aparacaq”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Onun fikrincə, buna ümumilikdə ABŞ isteblişmentinin, xüsusən də 46-cı prezidentin səriştəsizliyi səbəb olacaq.
“ABŞ nə baş verdiyini bilməyən prezidentin kobud səriştəsiz rəhbərliyinə görə üçüncü dünya müharibəsinə doğru gedir”, – Tramp qeyd edib.
Eyni zamanda, o, Baydeni “Truth Social”da qeydiyyatdan keçdiyi üçün tərifləyib. Trampın sözlərinə görə, bu, Baydenin sağlam düşüncəli yeganə hərəkətidir.
Azpost.info