Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bayden Ağ Evdə Şoltsu qəbul etdi

User 04 Mart 2023 - 12:06 (Last updated: 21 May 2025 - 20:15)
64883589_1005

ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts Ağ Evdə  Ukraynaya dəstək mövzusunda danışıqlar aparıblar.

Azpost.info xəbər verir ki, Bayden Almaniya kanslerini Oval kabinetdə qəbul edib.

“Mən əməkdaşlığımızı həqiqətən yüksək qiymətləndirirəm”, – Şolts Baydenə deyib.

ABŞ prezidenti də öz növbəsində Almaniya kanslerinə güclü və sabit rəhbərliyə görə təşəkkür edib: “Bunu səmimi deyirəm. Bu, böyük fərq yaratdı. Almaniya Ukraynaya qəti hərbi və mənəvi dəstək verdi. Hərbi yardımla yanaşı, ukraynalılara göstərdiyiniz mənəvi dəstək də böyük əhəmiyyət kəsb edir. 2022-ci il fevralın əvvəlində keçirilən görüşümüz  zamanı Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yığırdı. Qərb cavab verəcəyini vəd etdi və biz birlikdə bu vədi yerinə yetirdik”.

Şolts bildirib ki, Ukraynanı dəstəkləməyə davam edəcəklər: “Biz bunu davam etdirəcəyik. Nə qədər lazımdırsa, o qədər”.

Şolts Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ilk dəfə Vaşinqtona səfər edib. Bu, onun kansler vəzifəsinə keçdikdən sonra ABŞ-a ikinci səfəridir.

Ağ Evdə rəsmi foto çəkilişi üçün təxminən dörd dəqiqə vaxt ayrılıb. Bundan sonra ABŞ prezidenti və Almaniya kansleri təkbətək danışıqlara başlayıblar. DPA-nın məlumatına görə, müşavirlərin və protokol xidməti əməkdaşlarının görüşə qatılmasına icazə verilməyib.

Almaniya hökumətinin sözçüsü Şteffen Hebestrayın sözlərinə görə, Bayden və Şolts bir-biri ilə çox məxfi fikir mübadiləsi aparmaq istəyiblər: “Bu, onlar üçün çox vacib idi. Heç kimə sirr deyil ki, onlar bir-birlərini yüksək qiymətləndirirlər”.

Görüşdən sonra Ağ Ev mətbuata qısa açıqlama verib. Açıqlamada  Baydenin Şoltsu ABŞ və Almaniya arasında güclü ikitərəfli münasibətləri təsdiqləmək üçün qəbul etdiyi qeyd olunur: “Liderlər təhlükəsizlik dəstəyinin təmin edilməsi üzrə davam edən səyləri, həmçinin Ukraynaya humanitar, iqtisadi və siyasi yardımı və Ukrayna xalqı ilə qlobal həmrəyliyin qorunmasının vacibliyini müzakirə ediblər. Onlar təsdiqləyiblər ki, Rusiya təcavüzə görə hesab ödəməyə davam edəcək. Co Bayden və Olaf Şolts digər qlobal problemlər haqqında da fikir mübadiləsi aparıblar”.

Ağ Ev bağlı qapılar arxasında aparılan danışıqlar nəticəsində hər hansı razılaşmanın əldə edilib-edilmədiyini açıqlamayıb.

Azpost.info

Post navigation

Previous: Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü olacaq
Next: İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin məbləği

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.