Bayden Arizona ştatında da qalib gəlib

ABŞ xəbər agentliklərinin bildirdiyinə görə, prezident Donald Tramp məğlubiyyətini qəbul etməsə də, prezidnetliyə seçilmiş Co Bayden ölkənin cənub-qərbindəki Arizona ştatında qalib gələrək, elektrol səslərini artırıb.

Azpost.info Amerikanın Səsi-nə istinadən bildirir ki, səslərin 99 faizindən çoxunun sayıldığı ştatda Bayden prezident Donald Trampdan təxminən 11 min səslə irəlidədir.

Baydenin tarixən Respublikaçı istehkamı olan Arizonadakı qələbəsini cümə axşamı proqnozlaşdıranlar New York Times, CNN, NBC News və The Washington Post kimi xəbər agentlikləri olub. Fox News və Associated Press Baydenin həmin ştatda qalib gəldiyini keçən həftə proqnozlaşdırmışdı.

Edison Araşdırması Mərkəzi də Baydenin Arizona ştatında qalib gəldiyini proqnozşadıraraq, onun Seçiçilər Kollegiyasının 290 səsini əldə etdiyini bildirib.

Biden Arizonanın nəticələri elan olunmadan da qalib gəlmək üçün tələb olunan 270 səs həddini keçmişdi. Bu isə onun yanvar ayının 20-də inaqurasiyasına yol açıb.

Respublikaçı Tramp dəfələrlə genişmiqyaslı seçki saxtakarlıqlarına görə məğlub olduğu barədə əsassız iddialar irəli sürüb. Lakin Tramp tərəfindən 2018-ci ildə qurulan Federal Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin cümə axşamı yayımladığı açıqlamada noyabrın 3-də keçirilən seçkilərin ABŞ tarixində ən etibarlı seçkilər olduğu bildirilib. Agentliyin bu bəyanatı Trampın seçkilərin ədalətliliyinə ləkə gətirmək üçün başladığı kampaniyanı birbaşa rədd etmək deməkdir.

Trampın qaldırdığı məhkəmə iddiaları mənfi nəticə verib, ştat rəsmiləri də səsvermə zamanı ciddi qanun pozuntularının olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mirzə Cəlilin və Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsi Polşa prezidentinə məktub yazdı

Sonrakı məqalə

İtlər koronavirus xəstələrini aşkar edə bilir –