Bayden danışan zaman “şparqalka”dan istifadə edir

ABŞ prezidenti Co Bayden hətta azsaylı qruplarla şəxsi görüşlər zamanı belə yazılı hazır qeydlərdən istifadə edir.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti “Fox Business” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əvvəlcədən hazırlanmış yazılı qeydlər Baydenin iştirak etdiyi bütün danışıqların tərkib hissəsidir. O, qeydlərdə yazılan mətndən kənara çıxa bilmir. Əks halda, prezident sadəcə olaraq söhbəti davam etdirə bilməyəcək.

MakKarti əlavə edib ki, keçmişinə görə Baydenə hörmət edir. Lakin indi o, ən yüksək dövlət postunda işləməkdən imtina etməlidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.