Bayden hakmiyyət komandasını açıqladı –

Kimlər hansı vəzifəni tutacaq? (ADLAR)
25 Noyabr 2020 - 00:32

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edib.

RİA Novosti-nin yaydığı xəbərə görə, Delaver ştatının Velminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək hakimiyyət komandası eyni səhnədə dayanıblar.

Co Bayden Toni Blinkeni Dövlət katibi postuna, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndə, Cek Sallivanı milli təhlükəsizlik məsələləri üzrə müşavir, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, sabiq Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.