Kəlbəcər bu gün Azərbaycana qaytarılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 822 saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Kəlbəcəri işğal altında saxlayırdı.

Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş oldu. Belə ki, sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.

Beləliklə, noyabrın 10-da Ermənistan Baş naziri işğal altındakı digər rayonları, o cümlədən Kəlbəcəri Azərbaycana qaytaracağına imza atdı.

Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı olsa da, Rusiya Prezidenti Vladmir Putinin Azərbaycan Prezidenti İlham Əliyevdən xahişi nəticəsində Kəlbəcərin geri qaytarılması 10 gün ertələnmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıblar

Sonrakı məqalə

Bayden hakmiyyət komandasını açıqladı –