Bayden İrana müraciət etdi –"İsrailə güc tətbiq etməyin"

“Tehran İsrailin konsulluq binasına endirdiyi zərbəyə cavab olaraq hərbi güc tətbiq etmək niyyətində olsa uğur əldə edə bilməyəcək”.

Azpost.info bildirir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

“Biz İsraili dəstəkləyəcəyik, İsraili müdafiə edəcəyik. İran isə uğur qazana bilməyəcək”, o Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Eyni zamanda Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. “İndi İrana hansı mesajı göndərmək istəyərsiniz?” sualına Bayden “Bunu etməyin!” cavabını verib.

Azpost.info

Əvvəlki məqalə

“Qırğız dili yox olur, kəndlərdə uşaqlar rusca danışır” –

Sonrakı məqalə

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır