Bayden rus hakerlərinin hucumunu müzakirə edib –Hakerlər 70 milyon dollar tələb edirlər

Prezident Co Bayden iyulun 7-də Ağ Evdə Rusiyada mənzilləndiyi güman edilən hakerlərin şantaj hücumlarının qarşısının alınması strategiyasını müzakirə edib.

Haker hücumlarından bir neçəsi Baydenin Cenevrə sammitində Putinə belə hücumlar barədə xəbərdarlıq etdikdən sonra baş verib. Ağ Evdə keçirilən müşavirədən sonra Bayden jurnalistlərə bu barədə Putinə öz mesajını çatdıracağını bildirib.

Prezident bu mesajın necə veriləcəyi barədə xırdalıqlara varmayıb.

Ağ Evin sözçüsü Cen Psaki daha sonra jurnalistlərə izah edib ki, “prezident hərəkətə keçmək qərarına gəldiyi təqdirdə geniş imkanlara malikdir”.

Rusiya və ABŞ nümayəndələri kibertəhlükəsizliklə bağlı məsələləri gələn həftə müzakirə etməlidirlər.

Floridada mənzillənmiş Kaseya texnoloji şirkətinin uzaqdan idarəetmə proqramından istifadə olunmaqla ABŞ-da yüzlərlə, düyada isə 1500-dək biznes üzərinə haker hücumundan sonra Rusiyaya qarşı müəyyən tədbirlər görməsi üçün Baydenə göstərilən təzyiqlər artmaqdadır.

Ekspertlərin indiyədək həyata keçirilmiş ən böyük reket kiberhücumu saydıqları bu müdaxilə barədə informasiya hələ də yarımçıq qalır.

Rusiyada mənzillənmiş REvil kibercinayət qrupu ötən həftə baş vermiş bu hücumu özünün törətdiyini bildirib və istifadəçilərin öz məlumatlarına çıxışının bərpa olunması üçün kriptovalyuta ilə 70 milyon dollar reket pulu tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dubayda limanda baş verən partlayışın səbəbi açıqlandı

Sonrakı məqalə

SSRİ səfiri və sovet Azərbaycanının Baş naziri Rəsulzadənin qəbri üstündə –