ABŞ prezidenti Co Bayden bu həftənin sonuna qədər Konqresdən Ukraynaya 60 milyard dollar, o cümlədən İsrail, Tayvan və ABŞ sərhədinin qorunması üçün 40 milyard dollar yardım istəyəcək.
Azpost.info xəbər verir ki, bu barədə bir konqresmen və məsələdən xəbəri olan iki mənbə NBC-yə bildiriblər.
Beləliklə, Ukrayna Ağ Evin konqresmenlərə təsdiq etmək üçün təklif edəcəyi ümumi 100 milyard dollarlıq yardım paketinin böyük hissəsini alacaq.
Mənbələr bildiriblər ki, bu vəsait 2024-cü ilin sentyabrında başa çatacaq cari maliyyə ili üçün ayrılmalıdır. Onların sözlərinə görə, respublikaçılar gözləyirlər ki, Ukraynaya yeni yardım paketi digər məsələlərlə yanaşı, ABŞ-ın hərbi təchizatını, xüsusilə də əvvəllər Avropa və Ukraynaya göndərilmiş sursatları artırmaq üçün istifadə olunacaq.
Bu günə qədər ABŞ Rusiyanın təcavüzü fonunda Kiyevə 75 milyard dollardan çox hərbi, humanitar və maliyyə yardımı göstərib. Oktyabrın 1-də ABŞ Konqresi Ukraynaya yardım olmadan qısamüddətli (45 gün müddətinə) büdcə layihəsini təsdiqləyib. Pentaqon xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstək vermək üçün bütün maliyyə vəsaitləri demək olar ki, tükənib.
Azpost.info