“Bayden miqrantların köməyi ilə seçkilərdə güc balansını dəyişməyə çalışır”- İlon MASK

Co Bayden administrasiyası və Demokratlar Partiyasının miqrasiya siyasəti ilə bağlı səyləri qarşıdan gələn prezident seçkilərində qüvvələr balansını dəyişməyə yönəlib.

Azpost.info xəbər verir ki, bunu amerikalı sahibkar Elon Mask “Tviter”də (X) yazıb.

O qeyd edib ki, indi siyahıyaalmada vətəndaşlığından asılı olmayaraq bütün sakinlər nəzərə alınır.

“Demokratlar Konqresdəki yerləri bölüşdürərkən qeyri-qanuni mühacirlərin sayılmasını dayandıran düzəlişin ləğvi üçün yekdilliklə səs verdilər. Qeyri-qanuni miqrantlar əsasən demokratların olduğu ştatlarda yaşadığı üçün Nümayəndələr Palatasının və prezident seçkilərində səslərin təxminən 5 faizi sola doğru dəyişir. Bu da bütün güc balansını dəyişməyə kifayət edir”, – Mask deyib.

O qeyd edib ki, Bayden administrasiyasının ölkədə rekord sayda qeyri-qanuni miqrant saxlamasının və minimum deportasiya həyata keçirməsinin əsas səbəblərindən biri də budur.

Azpost.info

Əvvəlki məqalə

Xankəndidə silah-sursat aşkarlanıb

Sonrakı məqalə

DYP xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib