Bayden Myanmada çevriliş edən hərbçilərə qarşı sanksiya tətbiq etdi-FƏRMAN

ABŞ Prezidenti Co Bayden Myanmada dövlət çevrilişi edən hərbi rəhbərliyə qarşı sanksiya tətbiqini nəzərdə tutan fərman imzalayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı deyib.

ABŞ hökuməti generalların Birləşmiş Ştatlarda yerləşən və Birma (Myanma) hökumətinə aid vəsaitlərdən 1 milyard dollar əldə etmələri üçün lüzumsuz imkanlarının qarşısını almaq məqsədilə addımlar atır. Bu gün çevrilişi həyata keçirən hərbi rəhbərliyə, habelə onların biznes maraqlarına və ailə üzvlərinə qarşı dərhal sanksiya tətbiq etməyimizə imkan yaradan yeni fərmanı təsdiqlədim”, – deyə Bayden bildirib.

Onun sözlərinə görə, sanksiyaların aid ediləcəyi şəxslərin “ilk raundu” bu həftə müəyyənləşdiriləcək.

Bayden, həmçinin qeyd edib ki, ABŞ administrasiyası ixracata nəzarəti sərtləşdirməyi, Myanma hökumətinə kömək edən ABŞ aktivlərinin dondurulmasını planlaşdırır, eyni zamanda humanitar yardım da davam etdiriləcək.

“Əlavə tədbirlər görməyə hazır olacağıq”, – amerikalı lider əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda binada yanğın olub

Sonrakı məqalə

“Qalatasaray” məğlub oldu, mübarizəni dayandırdı