ABŞ prezidenti Bayden Paşinyanı təbrik edib

29 İyun 2021 - 08:56

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı seçkilərdə qələbə münasibəti ilə təbrik edib.

Azpost.info bildirir ki, ABŞ prezidenti bu barədə tvitterdə yazıb. “Ermənistan xalqını və baş nazir Paşinyanı parlament seçkilərində qələbə münasibəti ilə təbrik edirəm. Bizim Ermənistanla əməkdaşlığımız münaqişələrin həlli və demokratik islahatlar baxımından dəyərlidir. Biz bu əməkdaşlığı möhkəmləndirməyə sadiqik”-deyə ABŞ prezidenti yazıb.