Ağdaşda dəhşətli qəza –"Mersedes" yük maşını ilə toqquşub, 3 nəfər ölüb (FOTO)

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur. Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ prezidenti Bayden Paşinyanı təbrik edib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi