Bayden Putinlə canlı efirdə debat təklifini rədd edib –XİN açıqlama verdi

ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə videokonfrans formatında açıq rejimdə danışıqlar aparması təklifini dəstəkləməyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib: “Təəssüflə qeyd edirik ki, ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə ikitərəfli problemləri, eləcə də ikitərəfli sabitlik mövzusunu müzakirə etmək üçün videokonfrans formatında açıq rejimdə martın 19-da və ya 22-də danışıqlar aparması təklifini dəstəkləməyib.

Rusiya-Amerika münasibətlərində Vaşinqtonun günahı ilə yaranan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir fürsət əldən verildi. Bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür”,deyə bəyanatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın yeni Baş Qərargah rəisi bəyanat verdi:

Sonrakı məqalə

Füzulinin Yuxarı Güzlək kəndi –