Bayden Rusiya aktivlərindən istifadə planının hazırlanmasını istəyib

ABŞ Prezidenti Co Bayden “Böyük Yeddilik” (G7) ölkələrinin iyun sammitinə qədər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə strategiyasının hazırlanmasını istəyir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Amerika lideri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevin büdcə ehtiyaclarının maliyyələşdirilməsinə, eləcə də Ukraynanın gələcək bərpasına sərf olunmasını təmin etməyə çalışır.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Aİ-də, o cümlədən beynəlxalq aktivlərdədir.

Əvvəlki məqalə

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfərə gəlib

Sonrakı məqalə

Borca görə axtarışda olan 105 nəfər saxlanılıb