Borca görə axtarışda olan 105 nəfər saxlanılıb

Fevralın 29-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Bayden Rusiya aktivlərindən istifadə planının hazırlanmasını istəyib

Sonrakı məqalə

“İsa Qəmbər, Etibar Məmmədov gedəndən sonra Müsavat və AMİP dağıldı” –