Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bayden Səudiyyə Ərəbistanına səfər edəcəyini bəyan edib

User 10 İyul 2022 - 10:43 (Last updated: 21 May 2025 - 20:15)
bayden teyyare

ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb. O, xüsusən də səfərini Ukraynadakı vəziyyətlə əlaqələndirib.

Bu barədə Baydenin “The Washington Post“ qəzetində dərc olunan “Mən Səudiyyə Ərəbistanına niyə gedirəm” adlı məqaləsində deyilir.

ABŞ prezidenti bu barədə belə yazıb: “Mən gələn həftə Yaxın Şərqə gedəcəyəm ki, orada Amerikanın iştirakının yeni və daha perspektivli fəslinə başlansın. Bu səfər region üçün həyati bir vaxta təsadüf edir və Amerikanın mühüm maraqlarını təmin edəcək”.

Baydenin sözlərinə görə, ABŞ bir çox cəhətdən “təhlükəsiz və inteqrasiya olunmuş” Yaxın Şərqə ehtiyac duyur. O izah edib ki, Səudiyyə Ərəbistanının su yolları qlobal ticarət və təchizat zəncirləri üçün vacibdir.

“Onun enerji resursları Rusiyanın Ukraynadakı müharibəsinin qlobal tədarüklərə təsirini yumşaltmaq üçün həyati əhəmiyyət kəsb edir. Və münaqişə nəticəsində dağılmaqdansa, diplomatiya və əməkdaşlıq yolu ilə bir araya gələn regionun vətənimizi təhdid edən zorakı ekstremizm və ya ABŞ ordusu və onların ailələri üzərinə yeni yüklər qoya biləcək yeni müharibələr törətmək ehtimalı azdır”, – deyə Bayden əlavə edib. (APA)

Post navigation

Previous: “Kanal 13″ün rəhbərini təhdid edən şəxs saxlanılıb
Next: Bakıdan Moskvaya uçan təyyarə texniki problemə görə geri qayıdıb

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.