Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Şimali Koreya bu günə qədər təklifə müsbət cavab verməyib. Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, – deyə C.Kirbi qeyd edib.

Əvvəlki məqalə

Ölkəmizdə şərab istehsalı 60 faiz artıb

Sonrakı məqalə

Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır