Ölkəmizdə şərab istehsalı 60 faiz artıb

Emal sənayesində 2023-cü ilin yanvar-iyul aylarında 10 milyard 243 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26 faiz, qida məhsullarının istehsalında 11,7 faiz, tütün məmulatlarının istehsalında isə 10,0 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 60,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 25,2 faiz, unlu qənnadı məmulatlarının istehsalı 23,5 faiz, siqaret istehsalı 20,1 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 5 faiz artıb.

Əvvəlki məqalə

Dünyada COVID-19-a yoluxma hallarının 63 faiz artıb –

Sonrakı məqalə

Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır