Bayden Türkiyədə yeni səfir postuna namizəd irəli sürüb

ABŞ Prezidenti Co Bayden Türkiyədə yeni səfir postuna Ceff Fleykin namizədliyini irəli sürüb.

Bu barədə Ceff Fleyk bildirib.

“Prezident Baydenin NATO müttəfiqi Türkiyə ilə münasibətlərin strateji əhəmiyyətini nəzərə alaraq, bu ölkədə səfir postuna namizədliyimi irəli sürməsinə və mənə göstərdiyi etimada görə qürur duyuram. Senat təsdiqləsə, xaricdə ABŞ-ın maraqlarını təmsil edən güclü, təcrübəli və bacarıqlı bir komandaya qoşulmaqdan məmnun olaram”, – deyə Ceff Fleyk qeyd edib.

Respublikaçı Ceff Fleyk Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin (2001-2013) və Senatın Xarici Əlaqələr Komitəsinin (2013-2019) üzvü olub. O, sabiq prezident Donald Trampın ən sərt tənqidçilərindən biri olub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan yaxın adamını XİN-ə birinci müavin təyin etdi

Sonrakı məqalə

QMİ Qurban Bayramı ilə bağlı tövsiyyələrini açıqladı: