Bayden Ukraynaya 13 milyard dollar yardım ayırdı –QƏRAR

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi, humanitar və iqtsadi yardım ayrılması barədə qanunu imzalayıb.

Azpost.info bildirir ki, bu barədə Bayden Ağ Evdən canlı yayımda keçirdiyi birfinqdə açıqlama verib. Yardımın həcmi 13,6 milyard dollardır.

“Mən indi Ukraynaya 13,6 milyard dollar həcmində tarixi yardım ayrılmasına dair qanunu imzaladım” – deyə Bayden bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukryanaya müdaxiləsi Amerikanın bütün insanlarını birləşdirib. “Konqresdəki iki partiyanı, azad dünyanı birləşdirdi”.

Pul yardımı aşağıdakı şəkildə bölüşdürüləcək. Hərbi yardım üçün ayrılmış 6,5 milyard dolların yarısı Ukraynaya müdafiə təyinatlı məhsullar göndərmək üçün Pentaqona veriləcək.

Humanitar yardım üçün 4 milyard dollar ayrılıb. Bu vəsait ukraynalı qaçqın və köçkünlərə sərf olunacaq. İqtisadi yardım paketi 1,8 milyard dollar olub Ukraynanın iqtisadi ehtiyacı və kibertəhlükəsizliyə sərf ediləcək.

Bundan əlavə ukraynalı jurnalistlərin dəstəklənməsi və dezinformasiya ilə mübarizəyə 120 milyon dollar ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çox çətin danışıqlar gedir…” –

Sonrakı məqalə

Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirilib – FOTO