Bayden və Makron yaxın saatlarda “Hizbullah” və İsrail arasında atəşkəs qərarını elan edəcək

Yaxın 36 saat ərzində ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun  “Hizbullah” ilə İsrail arasında atəşkəs qərarını elan edəcəyi gözlənilir.

Azpost.info bildirir ki, bu barədə Reuter agentliyi Livandakı 4 mənbəyə istinadən məlumat yayıb.

Fransa prezident administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.

“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, – bəyanatda deyilir.

Bundan əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini bildirmişdi.

Əvvəlki məqalə

Qazaxıstanda 5,3 bal gücündə zəlzələ oldu

Sonrakı məqalə

ABŞ ilk dəfə Rusiyaya zərbə endirməyə icazə verdiyini təsdiqlədi