Bayden və Putinin görüşündə heç bir sənəd imzalanmayacaq –

PESKOV
16 İyun 2021 - 00:25

Rusiya və ABŞ prezidentlərinin görüşü zamanı sənədlərin imzalanması nəzərdə tutulmur.

Azpost.info bildirir ki, bu barədə Putinin mətbuat katibi Peskov RİA-ya açıqlamasında deyib.

“Heç bir sənəd imzalanmayacaq”-deyə o vurğulayıb.

Putin və Bayden bu gün Cenevrdə, La-Qranj villasında görüşəcəklər. Putin və Baydenin görüşündən sonra geniş tərkibdə rus-amerikan nümayəndə heyətinin danışıqları başlanacaq. Saat 19-da Putinin mətbuat konfransı olacaq.