ABŞ prezzidenti Bayden Ukraynalı həmkarı Zelenski ilə telefon danışığı aparıb.
Azpost.info UNİAN-a istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Bayden Ukraynanın Müstəqillik Günü ərəfəsində söhbət zamanı yeni yardım paketinin ayrıldığını elan edib.
“Paketə daxildir:
– Ukraynanın kritik infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə raketləri;
– PUA-larla mübarizə üçün avadanlıq;
– döyüş meydanında dəyişən Rusiya taktikalarından qorunmaq üçün tank əleyhinə raketlər;
– cəbhə xəttindəki əsgərlər üçün döyüş sursatı və onları qoruyan mobil raket sistemləri.
“Rusiyanın bu müharibəsi başlayanda Ukrayna azad ölkə idi. Bu gün hələ də azad ölkədir. Müharibə isə Ukraynanın azad, suveren və müstəqil dövlət kimi qalması ilə başa çatacaq”, – deyə Bayden bildirib.