Baydendə öskürək artıb, yerişi pisləşib –Şəxsi həkimi ABŞ prezidentinin səhhəti barədə açıqlama verdi

ABŞ prezidentinin şəxsi həkimi Kevin Okonnor son müayinələrdən sonra Baydendə üzə çıxan xəstəliklər barədə məlumat verib. 
Azpost.info bildirir ki, Ağ Ev üçün hazırlanan memorandumada həkim bildirib ki, prezidentdə ösükrək güclənib və yerişi pisləşib.
Yekun rəyində bildirib ki, Bayden 78 yaşlı aktiv kişidir: “Prezident öz səlahiyyətlərini icra etmək üçün kifayət qədər sağlamdır. Heç bir zəiflik müşahidə olunmadan öz öhdəliklərini icra etməyə qabildir”.
Bununla yanaşı həkim qeyd edib ki, Baydendə öskürək çoxdan var, amma indi bu öskürək tez-tez baş verir. Bu isə detallı şəkildə öyrənilməlidir. Bundan başqa ötən illə müqayisədə prezidentin yerişinin çevikliyi azalıb. Ona “ayaqların yüngül dərəcəli sensor nevropatiyası” diaqnozu qoyulub.  Xəstəlik əsəb sisteminin zədələnməsi zamanı baş qaldırır. Onun simptomları zəiflik, yaddaşsızlıq və ağrılar olur.
Okonnor deyib ki, Baydendə nevropatiyanın inkişafının səbəbi aydın deyil. O bildirib ki, adətən xəstəlik şəkər, alkoqol qəbul edəndə və B12 vitaminin çatışmamazlığı zamanı yaranır. Baydendə bunlardan heç biri yoxdur. Prezidentin analizləri normaldır.
Baydenin görməsini və dişlərini də yoxlayıblar.
Şənbə günü Co Baydenin 79 yaşı tamam olur. O ABŞ-ın ən yaşlı prezidentidir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda 5.1 bal gücündə zəlzələ oldu

Sonrakı məqalə

Şamaxıda gün ərzində ikinci dəfə zəlzələ olub