Baydenin andiçməsini qoruyan yüzlərlə hərbçi koronavirusa yoluxub

23 Yanvar 2021 - 10:34

ABŞ-da andiçmə mərasimi ilə əlaqədar Kapitoliya binasının təhlükəsizliyinə cəlb edilmiş Milli Qvardiyanın yüzlərlə hərbi qulluqmusu koronavirusa yoluxub.

Bu barədə yerli “Politico” portalı xəbər dərc edib.

Bildirilib ki, hazırda hərbçilər Vaşinqtondakı otellərdə karantinə alınıb.

Respublikaçı senatorun açıqlamasına görə, prezident Co Baydenin andiçmə mərasimi bitdikdən sonra minlərlə hərbi qulluqçu çox da böyük olmayan avtomobil parkına yerləşdirilib ki, bu da onların arasında koronavirusa yoluxma riski yaradıb.

Mənbəyə görə, hərbçilər mərasimlə bağlı xidmətlərini başa vurduqdan sonra Vaşinqtonu tərk etməzdən əvvəl COVID-19 sınağından keçməli idi. Lakin paytaxta gələn hərbçilərin test edilmədiyi bildirilib. Sadəcə, onların temperaturu ölçülüb, xəstələrlə təmasda olub-olmadıqları soruşulub. (APA)