“Baydenin axmaqlığı Rusiya və Çini birləşdirdi”- TRAMP

“Rusiya ilə Çinin yaxınlaşması iki ABŞ prezidentinin – Co Bayden və Barak Obamanın axmaqlığının nəticəsidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp deyib.

Onun fikrincə, ərazilərinin ölçü fərqinə görə Rusiya və Çin düşmən olmalı idi.

“Bayden və Obamanın axmaqlığı onları bir araya gətirdi. Onlar indi tam birləşiblər. Bunun baş verməsinə icazə verilə bilməzdi. Mən buna heç vaxt imkan verməzdim”, – Tramp bildirib.

Onun fikrincə, Rusiyanı nəyin bahasına olursa-olsun məğlub etmək istəyən Baydenin inadkarlığı Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edib

Sonrakı məqalə

Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb