Baydenin prezident kimi ilk xarici səfəri başlanıb

ABŞ Prezidenti Co Bayden bu vəzifədə ilk xarici səfərinə çıxıb. Onun iyunun 9-da İngiltərəyə çatacağı gözlənir. Məqsəd Vaşinqtonun Avropadakı müttəfiqləri ilə yenidən işləmək, administrasiyanın transatlantik alyanslara sadiqliyini göstərməkdir.

Bayden iyunun 10-da Britaniyanın Baş naziri Boris Consonla görüşündə iki ölkənin xüsusi münasibətini bir daha təsdiqləyəcək.

Baydenin səfər qrafiki sıxdır, iyunun 16-da İsveçrənin paytaxtı Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir. Bu arada iki ölkə arasındakı gərginlik dərinləşməkdədir.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Salivan iyunun 7-də brifinqdə deyib ki, Birləşmiş Ştatlarla Böyük Britaniyanın tamamilə razılaşdığı bir sıra məsələlər var. Onlar koronavirus pandemiyası, iqlim dəyişikliyi ilə mübarizə, bir sıra digər məsələlər üzrə əməkdaşlıq edirlər. İyunun 11-də isə Kornvol şəhərində Böyük Yeddiliyin (G7) sammiti keçiriləcək.

Üçgünlük sammit zamanı Baydenin məqsədlərindən biri ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərin bərpasıdır. Keçmiş prezident Donald Trampın “Öncə Amerika” siyasəti bu əlaqələrə böyük ziyan vurub.

Bayden Böyük Yeddiliyin digər üzvləri – Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Həmin görüşlərdə diqqət ABŞ-ın siyasi prioritetlərinə, iqtisadiyyata, müttəfiqlər arasında birliyə, pandemiyanı cilovlamağa, dünyanı pandemiyanın sürüklədiyi iqtisadi böhrandan çıxarmağa yönələcək.

İyunun 13-də Bayden Kraliça II Elizabetlə görüşmək üçün London kənarındakı Vindzor qəsrinə gedəcək. O, daha sonra NATO liderlərinin toplantısına qatılmaqdan ötrü Brüsselə yollanacaq.

Bayden daha sonra Putinlə görüş üçün Cenevrəyə gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları COVID testi ilə səyahət edə biləcək

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar nekroloq yayıb