“Baydenin Qarabağ danışıqlarında güclü rol oynayacağı çətin məsələdir” –Alman nəşri

Yanvarın 20-də ABŞ-da prezident andı içmiş Co Bayden sələfi Donald Trampın demək olar unutduğu Cənubi Qafqaza və Orta Asiyaya nə təklif edə bilər?

Almaniyanın “Intellinews” portalı yazır ki, Trampın bu ölkələr haqda nəsə dediyini yada salmaq çətin işdir. O, dünyanın hər yerində avtoritarların dostu idi. Bayden isə həm ölkə içində, həm də xaricdə Amerikanın demokratik etimadını qaytaracaq çox iş görməli olacaq.

“İlk iş günündən təxirəsalınmaz böhranlarla üzləşən Baydenin diqqətini Rusiyanın arxa bağçasına yönəldəcəyi də inandırıcı görünmür. Amma onun xarici siyasət komandası iş başında olacaq və Sem dayının təsirini və yaxşı reputasiyasını bərpa etməyə müəyyən imkanlar açılacaq”, – məqalədə deyilir.

Qeyd edilir ki, Bayden komandasının bəzi üzvləri Azərbaycanda, Qazaxıstanda, Türkiyədə işləyiblər. Məsələn, Milli Təhlükəsizlik Şurasında Rusiya və Orta Asiya üzrə direktor vəzifəsini tutacaq Andrea Kendall-Teylor uzun müddət Azərbaycan və Qazaxıstanla bağlı fəaliyyət göstərib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı. “Baydenin seçki qərargahı münaqişəyə dair güclü bəyanat verdi, ancaq Moskva atəşkəsə nail olunca ona maraq azaldı. O vaxtacan Fransa, bu işdə xüsusi marağı olmayan dövlət katibi Mayk Pompeonun vasitəçiliyi ilə atəşkəs alınmamışdı”, – məqalədə deyilir.

O da vurğulanır ki, Bayden administrasiyasında erməni kökənli bir neçə aparıcı rəsmi var və administrasiya Azərbaycanın Dağlıq Qarabağda daha çox ərazini geri almasını önləyə bilər. “Amma mövcud durumu nəzərə alaraq Bayden komandasının münaqişədən sonrakı danışıqlarda güclü rol oynayacağını təsəvvür eləmək çətindir… Regiona 2 min sülhməramlı yerləşdirmiş Rusiya bu regional münaqişəni əlinə alıb”, – portal yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müharibədə həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib” –

Sonrakı məqalə

Hərbi prokurorluğun 19 əməkdaşı məsuliyyətə cəlb olunub –