Baydenlə Putin arasında görüş başa çatıb –

Liderlər 3 saatdan çox müzakirə aparıblar
16 İyun 2021 - 19:45
Cenevrədə ABŞ və Rusiya prezidentlərinin iştirakı ilə geniş tərkibdə keçirilən danışıqlar başa çatıb. 
Azpost.info bildirir ki, əvvəl gözlənildiyindən fərqli olaraq bu danışıqlar bir sessiyadan ibarət olub. Ağ Evdən deyilib ki, bir görüş iki hissəyə bölünüb.
Canlı yayımdan məlum olub ki, Bayden sammitin keçirildiyi məkanı tərk edib. İki liderin danışıqları 3,5 saat davam edib.