“Baydenlə Putinin görüşü hələ təsdiq edilməyib” –

Ağ Evdən açıqlama
01 May 2021 - 00:55

“Preizdent Bayden və Putinin iştirakı ilə sammitin keçiriləcəyi hələlik təsdiq edilməyib. Amma gözlənilən görüşün gündəliyinə Aleksey Navalnı və Ukrayna sərhədlərində yığılmış rus ordusu ətrafında situasiya daxil edilə bilər”.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Psaki bəyan edib: “Hazırda sammitin keçiriləcəyi zamanla və onun baş tutub-tutmayacağı ilə bağlı yeni heç bir məlumat yoxdur”.

Onun sözlərinə görə, belə görüşün olacağı təsdiqləndikdən sonra gündəliyin detalları müəyyən olunacaq.