Dünyada son sutka ərzində 878 386 nəfər koronavirusa yoluxub, 14 572 nəfər ölüb.
TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 150 110 310 yoluxma hadisəsi, 3 158 792 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 45 faizdən çoxu Cənub-Şərqi Asiyanın (402,972) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (223,217) ilə Avropa (180 677) bölüşür.
