“Bayrağın asılması qaydasına yenidən baxmalıyıq” –Siyavuş Novruzov

“Aprel döyüşləri Azərbaycan Ordusunun ilk qələbəsinin qaranquşudur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin edib: “Müharibə dövründə Azərbaycan xalqı Azərbaycan Prezidentinə, ordusuna dəstək göstərdi. Bu müddət ərzində hər kəs Azərbaycan bayrağını əllərində, çiyinlərində daşıdı, öz sevgisini göstərdi. Müəyyən müddət keçdikdən sonra biz bayrağımızın, dövlət atributlarının asılması qaydasına yenidən baxmalıyıq. Bəzən bayrağımız düzgün asılmır. Biz dövlət atributları haqqında qanun qəbul etmişik. Bizim bayrağa böyük sevgimiz var. Bununla yanaşı, atributlardan parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq istifadə etməliyik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Ağdamın azad olunmuş ərazilərinə keçmək istəyən şəxs saxlanılıb