Bayram günlərində bölgələrdə hava necə olacaq?

Bayram günlərində – martın 20-dən 24-dək bölgələrdə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-ü gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5° gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-də gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr təşkil edəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 24-ü gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-4°, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimalı var.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacağı proqnozlaşdırılır.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 21-i gündüz saatlarında yağıntıda fasilə yaranacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr təşkil edəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Martın 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 4-7°, gündüz 7-12° isti olacağı ehtimal edilir.

 

Əvvəlki məqalə

Mart ayının sosial ödənişləri bu gün tam ödənilib

Sonrakı məqalə

Şəkidə 13 yaşlı uşaq xəstəxanada ölüb