Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bayram namazı ilə bağlı bölgələrdə monitorinqlər keçiriləcək

User 18 Aprel 2023 - 16:48 (Last updated: 21 May 2025 - 20:15)
dini-komite

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) videoformatda müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitədən verilən xəbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlərə diqqət çəkərək ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin, multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində tədbirlərin davamlı olaraq keçirildiyini qeyd edib.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Komitənin Tədbirlər Planında öz əksini tapan tədbirlər barədə də danışan M.Qurbanlı dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsi, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq layihələrin reallaşdırılmasının önəmindən bəhs edib. Ölkəmizdə qeyd ediləcək Ramazan bayramı barədə danışan Komitə sədri DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

DQİDK-nın sədr müavinləri isə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədilə elan edilən müsahibələr, eləcə də təyinat alan din xadimlərinin fəaliyyəti, maarifləndirmə prosesinin effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Post navigation

Previous: Bugünkü Azərbaycan Ordusu Zəfər çalmış Azərbaycan Ordusundan qat-qat güclüdür
Next: Zelenski cəbhə xəttinə gedib –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.