Bayram namazı kütləvi şəkildə qılınmayacaq –

Hacı Şahin Həsənli
07 May 2021 - 12:27

Azərbaycanda bu il də pandemiya səbəbindən bayram namazı kütləvi şəkildə qılınmayacaq.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, Azərbaycan ərazisində mayın 12-si axşam ay görünəcəksə, mayın 13-ü bayram günü hesab olunacaq:

“Bayram namazı Ramazan bayramının ayinlərindən biridir. Ancaq bu bayram da pandemiya dövrünə təsadüf etdiyinə görə, bayram namazı məscidlərdə camaatla qılınmayacaq, çünki hazrda insanların kütləvi şəkildə bir araya gəlməsi mümkün deyil. Lakin fərdi qaydada evdə bayram namazı qıla bilərlər”.