Bazar gününə olan hava proqnozu

Noyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Döyüş kadrlarını sosial şəbəkədə yayan bir qrup hərbçi ordudan tərxis edilib –

Sonrakı məqalə

Koronavirusla bağlı ölüm halları artıb? –