Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

BCM-in sabiq prokurorunun qərəzli yazısını ifşa edən hesabat BMT sənədi kimi yayılıb

User 12 Sentyabr 2023 - 18:44 (Last updated: 21 May 2025 - 20:15)
bmt

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli “2023-cü ildə ermənilərə qarşı soyqırımı” rəyi ilə bağlı britaniyalı mütəxəssis Rodni Dikson tərəfindən hazırlanmış ifşaedici hesabat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Hesabatda Luis Moreno Okamponun rəyinin hüquqi əsaslandırma baxımından kökündən qüsurlu olduğu, onun rəyinin müstəqil və ya ədalətli ekspert hesabatının metodologiyasını əks etdirmədiyi vurğulanıb.

Britaniyalı mütəxəssis Dikson hesabatında müvafiq ekspert rəyini açıq şəkildə natamam hesab edib və qeyd edib ki, sözügedən rəydə faktiki və hüquqi kontekstdə mövcud sübutların rasional və balanslaşdırılmış təhlili aparılmayıb, həmçinin Ermənistan və Azərbaycanla bağlı Beynəlxalq Ədalət Məhkəməsindəki proseslər yanlış səciyyələndirilib. Dikson belə nəticəyə gəlib ki, hazırda soyqırımın baş verdiyinə dair Okamponun iddiasını heç bir sübut dəstəkləmir. Bu baxımdan beynəlxalq ictimaiyyət bu iddiaları və onların irəli sürülmüş nəticələrini qəbul etməməli, əksinə diqqət sülh prosesinin irəliləyişinə, regionda hamının maraqlarına uyğun olaraq insan hüquqlarının qorunmasına yönəldilməlidir: “Moreno Okamponun rəyində hazırda Qarabağda soyqırımı törədilməsi iddiasının heç bir əsası yoxdur. Bu, regionu real prioritetlərindən yayındıran açıq-aşkar əsassız iddiadır. Rəyin Ermənistan və Azərbaycanın sülh axtarışında olan hökumətləri arasında əsassız reaksiya yaratmasına və ya daha geniş beynəlxalq ictimaiyyəti çaşdırmasına icazə verilməməlidir”.

Sənəddə Moreno Okamponun rəyinin tərəflərin regiondakı konstruktiv təşəbbüslərindən daha da yayındırılması üçün istifadə edilməyəcəyinə ümid edildiyi vurğulanıb.

Dikson hesabatında onu da qeyd edir ki, Moreno Okampo rəyində münaqişənin köklərinə və tarixinə toxunmayaraq məsələyə birtərəfli yanaşıb: “1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi və bununla da Moreno Okampo rəyinin istinad etdiyi etnik ermənilərin demoqrafik üstünlüyü təmin olundu. Azərbaycanlıların üzləşdiyi məcburi köçkünlük rəydə qeyd olunmur”.

Dikson qeyd edir ki, Moreno Okampo açıq şəkildə “X” platformasındakı paylaşımında tanınmamış separatçı qurumun liderinə istinad edir.

Post navigation

Previous: Ölkəyə göndərilən və ölkədən köçürülən pul baratlarının həcmi azalıb
Next: Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq mühitində yaşamaları böyük nemətdir

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.