Haaqa Məhkəməsi Netanyahunun həbsinə orderlə bağlı qərarını təxirə saldı

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai istintaq çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb.

Azpost.info xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Bu addım Böyük Britaniyanın BCM-nin bu məsələ ilə bağlı yurisdiksiyasına qarşı ərizə təqdim etməsindən sonra atılıb. Nəticədə məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.

“The Jerusalem Post”un yazdığına görə, BCM qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.