Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Heydər Əliyevə məşhur müraciəti imzalamış “91-lər”in üzvü Əsədulla Qurbanov vəfat edib

Orkhan Ali 18 Mart 2024 - 12:54 (Last updated: 21 May 2025 - 20:15)
esedulla

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.

Universitetdən verilən xəbərə görə, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.

O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.

O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973–1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Ə. Qurbanov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında iştirak edib. O, 1992-ci idə mərhum prezident Heydər Əliyevə müraciəti imzalamış məşhur “91-lər”dən idi.

Allah rəhmət eləsin!

 

Post navigation

Previous: Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
Next: 220 mindən çox şəxsə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya təyin edilib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.