Belarus Avrasiyada təhlükəsizlik üzrə beynəlxalq konfrans keçirəcək

Belarus 2023-cü ilin ikinci yarısında Avrasiyada təhlükəsizlik üzrə beynəlxalq konfrans keçirəcək.

Azpost.info xəbər verir ki, bunu Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç deyib.

“Bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən ölkə kimi Belarus ilin ikinci yarısında Minskdə Avrasiyada təhlükəsizliyin perspektivlərinə dair beynəlxalq konfrans keçirmək niyyətindədir. Ümid edirik ki, bu müzakirələr dünyanı hər bir dövlətin haqlı narahatlığını tanımağa, bu əsasda gələcəkdə sabit təhlükəsizlik sistemi yaratmağa daha da yaxınlaşdıracaq”, – Ambrazeviç qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

MAQATE rəhbəri İrana səfər edəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib