MAQATE rəhbəri İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi yaxın iki gündə İrana gələcək.

Azpost.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Atom Enerjisi Təşkilatının rəhbərinə istinadən yazıb.

Qeyd edək ki, MAQATE İranın nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.

Təşkilatın məlumatına görə, hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 202,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir.

MAQATE müfəttişləri İranın nüvə obyektində rekord həddə – 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər ki, bu da nüvə bombası istehsal etmək üçün kifayətdir.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-ı COVİD-19-la bağlı manipulyasiya etməməyə çağırırıq”

Sonrakı məqalə

Belarus Avrasiyada təhlükəsizlik üzrə beynəlxalq konfrans keçirəcək