Belarus MSK prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb

14 Avqust 2020 - 16:43

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 9-da keçirilmiş prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb.

 “RİA Novosti”nin verdiyi xəbərə görə, prezident seçkilərində hazırkı prezidenti Aleksandr Lukaşenko səslərin 80,1%-ni toplayıb.

Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskyanın isə 10,12% səs topladığı açıqlanıb.