Belarus müxalifətinin lideri sərhədi keçərkən saxlanılıb

Belarus Müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova Ukrayna ilə sərhədi qanunsuz keçərkən saxlanılıb.

Bu barədə Belarusun “BelTA” dövlət informasiya agentliyi məlumat yayıb.

“Mariya Kolesnikova Belarus ərazisini qanunsuz tərk etməyə çalışıb, lakin sərhəddə saxlanılıb”,- deyə məlumatda bildirilib.

Nəşrin yazdığına görə, əvvəllər itkin olan Koordinasiya Şurasının üzvləri Anton Rodnenkov və İvan Kravtsov isə Belarusdan Ukraynaya keçiblər.

Qeyd edək ki, bundan əvvəl Belarus Müxalifəti Koordinasiya Şurasının Mətbuat xidməti Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkovun itkin düşdüyünü elan etmişdi. Belarus Sərhəd Komitəsi müxaliflərin Ukrayna ilə sərhəddə yoxlamanı keçdiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Filipp Kirkorov ad gününü Bakıda keçirəcək

Sonrakı məqalə

Milli Məclisin sədri Türkiyəyə rəsmi səfərə gedir