Belarus Səhiyyə Nazirliyi polisə və etirazçılara müraciət edib –

“Zorakılığı dayandırın”
14 Avqust 2020 - 13:07

Belarus Səhiyyə Nazirliyi ölkədə zorakılığı dayandırmağa çağırıb.

Azpost.info bildirir ki, Nazirlik küçələrə çıxan etiraz aksiyasının iştirakçılarına və güc strukturlarına müraciət edərək “bir-birilərini təxribata çəkməməyə” çağırıb.

“Vətəndaşların həyatı və sağlamlığı qiymətsizdir”-deyə Nazirlik bəyan edib.

Nazirlik son günlər baş verən toqquşmalarda 200 nəfərin xəsarət aldığını açıqlayıb.