Belarusda ekstren vəziyyətdə hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək –

Lukaşenko açıqlama verdi
24 Aprel 2021 - 16:07
Belarusda ekstren vəziyyətdə hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək.
Azpost.info “Sputnik-Belarus”a istinadən bildirir ki, bu barədə Belarus prezidenti Lukaşenko bəyan edib. Onun sözlərinə görə, yaxın günlərdə bu barədə dekret imzalayacaq.
“Mənə deyin görüm, sabah əgər prezident olmasa siz hər şeyin normal olacağına təminat verirsiniz? Yox. Ona görə yaxın günlərdə ölkədə hakimiyyətin necə formalaşacağına dair bu dekreti imzalayacağam. Prezidenti güllələsələr -Təhlükəsizlik Şurası səlahiyyəti üzərinə götürəcək. Əgər sərhəddə kimsə tərpənərsə həmin an hərbi vəziyyət elan etmək lazımdır”-deyə o vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, ekstren vəziyyətdə ölkəni Təhlükəsizlik Şurasının timsalında “kollektiv prezident” idarə edəcək. Şuraya Baş nazir rəhbərlik edəcək: “Baş nazir sədrlik edəcək. Qərarlar isə gizli səsvermə ilə qəbul olunacaq. Prezident seçkisi nə vaxt olacaq, fövqəladə vəziyyət təyin etmə və digər mülki və hərbi məsələləri TŞ-ı qərar verəcək”.